May və İyunda Azərbaycanda minik avtomobili istehsal edilməyib
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdir.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 dəfə çoxdur. İstehsal edilmiş avtomobillərin 100 ədədi anbarlarda olub (01.07.2018-ciil vəziyyətinə hazır məhsul ehtiyatı 100 ədəd).
2018-ci ilin yanvar-aprel və yanvar-may aylarında da Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, May və İyun aylarında minik avtomobili istehsal edilməyib.
2018-ci ilin yanvar-mart aylarında 59 ədəd, Apel ayında isə 71 ədəd minik avtomobili istehsal edilmişdi.
Azərbaycanda minik avtomobilləri istehsalçıları Naxçıvan Avtomobil Zavodu (NAZ-Lifan) və Neftçala Avtomobil Zavodudur (Khazar).
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, artıq 100-ə yaxın “Xəzər” avtomobilinin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Cari ilin 6 ayı ərzində Azərbaycanda 849 ədəd traktor istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Traktorlar Gəncə Avtomobil Zavodunda istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 43 d. əvvəl
-
59 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























