Azərbaycan və Türkiyə arasında yüklərin rəsmiləşdirilməsi proseduru sadələşdiriləcək
2018-ci ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında elektron imzanın qarşılıqlı tanınması təmin olunacaq.
Bu barədə hökümətdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu sahibkarlara sərhədləri keçərkən yüklərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə imkan verəcək və bu qlobal bazara çıxış və beynəlxalq ticarət münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir: "Bu istiqamətdə işlər cari ilin aprelində Türkiyə tərəfi ilə imzalanan memorandum çərçivəsində aparılır. Azərbaycanlı mütəxəssislər bir sıra görüşlər keçirib və bu prosesi ətraflı öyrəniblər. Hazırda artıq elekton imzanın qarşılıqlı tanınması üçün texniki hazırlıq aparılır və biz ümid edirik ki, bu məsələ ilin sonuna qədər həll ediləcək".
Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Türkiyə ilə elektron imza sertifikatlarının texnoloji cəhətdən qarşılıqlı tanınmasını təmin etməyə hazırdır. İşlərin qiymətləndirilməsi daha əvvəl yaradılmış birgə işçi qrupu keçirilib və onun rəyinə əsasən, bu texnoloji cəhətdən mümkündür.
Azərbaycan cari ilin mart ayında beynəlxalq müqavilələrdə elektron kommunikasiyalarвфт istifadəyə dair BMT-nin konvensiyasına qoşulub. Bu konvensiya elektron imzanın dövlətlərarası səviyyədə qarşılıqlı tanınması məsələsini sadələşdirəcək.
Daha əvvəl elektron imzanın qarşılıqlı tanınması barədə danışıqlar İran, Qətər və Ukrayna ilə də aparılıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 43 d. əvvəl
-
59 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























