“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfə azalıb
“Bank Avrasiya” ASC 2018-ci ilin birinci yarısını 4 milyon 645 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 8,9 milyon manat xalis mənfəətlə bağlamışdı (1,9 dəfə azalma).
"Marja" Bankın maliyyə hesabatına kistinadən xəbər verir ki, ötən ilin yanvar-iyun dövründə 7 milyon 920 min manat təşkil etmiş cəmi gəlirlər (faiz və qeyri-faiz), cari ilin yanvar-iyun dövründə 6 milyon 675 min manata düşüb. Xərclər çıxıldıqdan sonra 3 milyon 83 min manat əməliyyat mənfəəti olub. Eyni zamanda, ehtiyatlardan azad olmuş 1 milyon 560 min manat mənfəətə əlavə edilib. Nəticədə Bankın xalis mənfəəti 4 milyon 645 min manat təşkil edib.
30 İyun 2018-ci il tarixində “Bank Avrasiya” 169 milyon 444 min manat cəmi aktivlərə, 105 milyon 762 min manat cəmi öhdəliklərə və 63 milyon 681 min manat cəmi kapitala malik olub.
“Bank Avrasiya” ASC 30 İyun 2017-ci il tarixində 159,8 milyon manat cəmi aktivlərə, 97,8 milyon manat cəmi öhdəliklərə və 61,9 milyon manat cəmi balans kapitalına malik idi.
Bank ötən ilin sonunda 151 milyon 223 min manat cəmi aktivlərə, 92 milyon 311 min manat cəmi öhdəliklərə və 58 milyon 912 min manat cəmi kapitala malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 85 milyon 324 min manatdan 90 milyon 827 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Ən çox oxunanlar
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər






.jpg)
.jpg)














.jpg)
