Bank “BTB”nin mənfəəti 9 dəfə artıb
2018-ci ilin birinci yarısının nəticələrinə əsasən Bank “BTB” ASC mənfəətin artımını müşahidə etmişdir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 milyon 449.09 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.39%-ə yaxın artım deməkdir. Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 931.2 min. manatdan 189 milyon 556 min manata çatıb. Bu isə artım tempinin 39.45 % olması deməkdir.
Yarım ilin yekununda bankın mənfəəti 1 milyon 47.91 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çoxdur.
Məcmu kapital isə bankların kapital tələbinə tam cavab verərək 54 milyon 874.86 min manat təşkil edir.
Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 10 filial, 5 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























