MİDA: Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirmişdir.
MİDA-nın yaydığı məlumata görə, “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülmüşdür. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" (“EY”) nüfuzlu beynəlxalq audit şirkətini cəlb edilərək, “Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilmişdir. Cari ilin 20 iyul tarixində “EY” şirkəti “Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırmış və əldə olunmuş nəticələrə dair “SOC 2” və “SOC 3” rəylərini təqdim etmişdir. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənmişdir.
SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur. “SOC 2” və “SOC 3”, “WebTrust” və “SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə etmiş təşkilatlar sırasına elektron xidmət göstərən “Google” (https://cloud.google.com/security/compliance/soc-3/) və “Amazon” (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri vardır.
Qeyd olunmalıdır ki, "Güzəştli mənzil" sistemi “EY” şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
“Güzəştli mənzil” sistemi, əsasnaməsinə uyğun olaraq “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış və ona inteqrasiya edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılmışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə “DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilmişdir və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil" sistemində fəaliyyətinin dayanıqlığının artıılması istiqamətində sınaqlar keçirilmişdir. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























