“Kapital Bank” 40 milyon manatlıq imtiyazlı səhm buraxdı

24 İyul 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “Kapital Bank”ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərinin emissiyasını qeydiyyata alıb.
“Marja” Emissiya Prospektinə istinadən xəbər verir ki, “Kapital Bank” emissiyanın həyata keçirilməsi nəticəsində investorlardan 39 milyon 999 min 999,9 manat cəlb etməyi nəzərdə tutur.
Səhmlərin təklifi, investorlardan sərbəst vəsaitlərin Bankın nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirlir. Cəlb ediləcək vəsait emitentin kapitallaşmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, hazırda “Kapital Bank”ın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmdən ibarət olmaqla 185 milyon 850 min manatdır.
Yeni buraxılan səhmlər imtiyazlı, adlı sənədsiz səhmlərdir. İmtiyazlı səhmlərin sahibləri emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq hüququna malikdirlər. Səhmlər üzrə dividendlər Səhmdarların Ümumi Yığıncağının qərarları ilə illik ödənilir.
“Kapital Bank” ASC-nin səhmdarlarının 14 Mart 2018-ci il tarixində keçirilmiş yığıncağında 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması barədə qəbul edilmişdi.
Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Səhmlərə abunə yazılışı - səhmlərin buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən sonrakı 16 iş gününün bitdiyi gün (10 Avqust 2018) başlanılacaqdır. Abunə yazılışı internetdə sayt vasitəsilə elektron və ya yazılışı şəkildə bildirişlərin təqdim edilməsi yolu ilə keçiriləcəkdir.
Buraxılış üzrə ümumi 19.999.999.95 manat məbləğində 1614205 manat ədəd səhmin yerləşdirilməsi emissiyanın baş tutması və emissiyanın yekunları haqqında hesabatın təqdim edilməsi üçün kifayət hesab olunur. Elan olunmuş 39.999.999.90 manat məbləği yığıldıqdan sonra abunə yazılışı dayandırılacaqdır.
Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanmasi tarixi elan ediləcək və yerləşdirmə 7 iş gün davam edəcəkdir.
İlk növbədə, əlavə buraxılan səhmləri almaqda üstünlük hüququ olan Emitentin Səhmdarlarının (PAŞA Holdinq və fiziki şəxslər)səhmlərin alınması üçün təqdim etdikləri sifarişlər təmin olunacaqdır. Bu sifarişlər səhmlərin Bakı Fond Birjasıda yerləşdirilməsinə başlandığı tarixdən ilk 2 iş günü ərzində veriləcək.
Səhmlərin yerləşdirilməsini “Paşa Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirəcəkdir.
Hazırda “Kapital Bank” ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmlərinin 14 980 163 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC-yə, 19837 ədədi və ya 0,13225%-i fiziki şəxslərə məxsusdur. Ehtimal edilir ki, hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmlərin 3 224 141 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC, 4269 ədədi və ya 0,13225%-i fiziki şəxslər tərəfindən əldə ediləcəkdir.
“Kapital Bank”ın hər bir səhminə 2015-ci ildə 4.39 manat, 2016-cı ildə 4.13 manat, 2017-ci ildə 3.49 manat dividend düşmüşdü.
"Kapital Bank" 2018-20-ci illər üzrə strateji plana uyğun olaraq bütün seqmentlər üzrə bazar payını artırmağı nəzərdə tutur.
93 MİLYON MANATDAN ÇOX QAZANC GÖZLƏYİR
“Kapital Bank” ASC 2018-ci ili 93 milyon 121 min manat xalis mənfəətlə başa vurmağı proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə yekunlaşdırıb.
“Kapital Bank” 2018-ci ildə 272 milyon 370 min manat faiz, 115 milyon 011 min manat qeyri-faiz gəliri əldə edəcəyini gözləyir. Xərclər çıxıldıqdan sonra əməliyyat mənfəətinin 148 milyon 657 min manat olacağı, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 751 min manat ayrılacağı, 24 milyon 785 min manat mənfəət vergisi ödəniləcəyi ehtimal edilir.
Ətraflı: EMİSSİYA PROSPEKTİ
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
Azərbaycanın alüminium nəhəngi sürətlə böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
1 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
1 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
1 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
