Premium-klass yaşayış kompleksində yeni kredit şərtləri
“Renessans Palace” premium-klass yaşayış kompleksi yeni kredit şərtləri təklif edir. Yeni şərtlərə əsasən kreditin maksimum müddəti 3 il, minimal ilkin ödənişi 30% təşkil edir.
“Renessans Palace” premium-klass yaşayış kompleksinin tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu tikinti işlərinə start verildiyi ilk gündən, insanları premium həyat tərzinə yaxınlaşdıracaq mexanizmin üzərində iş aparır. Məhz görülən işlərin məntiqi nəticəsi olaraq, potensial alıcılara sərfəli şərtlərlə kredit təklif olunur.
Qeyd edək ki, “Renessans Palace” premium-klass yaşayış kompleksi 2,7 ha ərazidə yerləşir. Bu layihəni “AS Group Investment” Şirkətlər qrupu “avtomobilsiz həyət” konsepsiyası əsasında inşa edir. Bu konsepsiya həyətdə avtomobillərin hərəkətini qadağan edir. Avtomobillər xüsusi mühafizə olunan girişdən yeraltı dayanacağa daxil olacaq. 1,5 ha sahəsi olan həyət isə tam olaraq sakinlərin sərəncamına veriləcək. Burada uşaq oyun meydançası, tennis kortu, velosiped və qaçış zolaqları, idman meydançası, süni göl və yaşıllıqlar salınacaq.
Yaşayış binalarının ilk iki mərtəbəsində kommersiya və sosial yönümlü obyektlər, o cümlədən supermarket, tibb mərkəzi, fitnes və SPA mərkəzləri, uşaq bağçası, brend dükanlar yerləşəcək.
Qranit və ağlayla üzlənmiş fasad, neoklassik memarlıq üslubunda inşa edilən dörd 18-mərtəbəli binanın əzəmətini xüsusilə vurğulayır. Hər mərtəbədə cəmi 3-4 mənzil və “Mitsubishi” markalı 3 lift yerləşəcək. Mənzillərdə isə 4-kameralı izosistem pəncərələr quraşdırılacaq.
“Renessans Palace” premium-klass yaşayış kompleksi və kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə bilərsiniz:
Tel: 538 29 77/78
Mob: 050 715 88 88
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)






