İpoteka pullarını götürüb qaçdı - Paytaxtda dələduzluq
Bakı şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsində kirayə yaşayan Vüsal Həsənov “SN Group” MMC-nin rəhbəri Aydın İsmayılovun dələduzluğuna məruz qaldığını iddia edir.
V. Həsənov qeyd edib ki, bu ilin iyulun sonlarında Nobel prospekti 175 ünvanında yerləşən sözügedən şirkətə ipoteka krediti üçün müraciət edib:
“Mən ailəmlə bərabər neçə illərdir ki, kirayədə yaşayıram. İnternetdən bu şirkətin tək şəxsiyyət vəsiqəsilə ipoteka verdiyini gördüm və gedib şərtləri ilə tanış oldum. NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi. Dedilər ki, bunun üçün 750 manat komissiya haqqı, 6000 manat isə ilkin ödəniş etməlisiniz. Məbləği də "Caspian Plaza"nın yaxınlığında yerləşən bank filialında Sevinc xanıma yaxınlaşaraq ödəyəcəksiniz. Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər. Sənədlərin biri “İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş" kimi qeyd edilib. Bu da da bizə prosesin rəsmi olması qənaətini verdi. Mənimlə bərabər daha yeddi nəfər şəxs də alacaqları mənzillər üçün pul ödəyib.
Avqustun 3-də alqı-satqı həyata keçirilməsi üçün ASAN Xidmətə getdik. Şirkətin nümayəndəsi Maqsud Orucov da bizimlə bərabər idi. Onunla bərabər axşama kimi direktor Aydın İsmayılovu gözlədik, amma o gəlmədi. Səhər əlaqə saxlayanda isə nömrəsinə zəng çatmadı. Maqsud Orucov dedi ki, Aydın İsmayılov ofisdə ona məxsus olan əşyalarını götürərək yoxa çıxıb. Bildirdi ki, başlarına indiyə kimi belə bir hal gəlməyib. Halbuki heç ev satmayıblarmış. Ofisi də bir aylıq kirayə götürüblərmiş.
Biz də dərhal Yasamal rayonu 27- ci polis bölməsinə şikayət etdik. Ama indiyə kimi hələ də cinayət işi açılmayıb. Bizə məlumdur ki, Aydın İsmayılov ölkə daxilindədir. Mən məsələnin hüquqi müstəvidə tez zamanda araşdırılmasını, Aydın İsmayılovun cəzalandırılmasını, pullarımızın qaytarılmasını tələb edirəm”.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© “Qafqazinfo
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
18 d. əvvəl
"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO
- 27 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb
- 9 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Yaşıl Cümə"də səni hansı fürsətlər qarşılayacaq bilirsən?
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Qubanın 3 kəndinin adı dəyişdirilir
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!







.jpg)








.jpg)







