Qeyri-neft sektoru üzrə 7 aylıq ixrac 1 milyard dollara çatmayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib.
2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları və ya 13 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 122 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 milyon ABŞ dolları) liderlik edib. Daha sonra bu siyahıda Rusiya (33 milyon ABŞ dolları), İsveçrə (9 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları), Qazaxıstan (5,8 milyon ABŞ dolları) və digər ölkələrin adı var.
2018-ci ilin iyul ayında da qeyri-neft sektoru üzrə ixracda pambıq lifi (mahlıc) birinci (16 milyon ABŞ dolları), albalı və gilas (11milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 7,8 milyon ABŞ dolları) isə üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 25 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
2 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir




















