Xaricdən avtomobil alışımız sürətlə artır
2018-ci ilin yanvar-avqust ayları ərzində (8 ayda) Azərbaycana 14 min 34 ədəd nəqliyyat vasitəsi idxal olunub.
"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıb. 2017-ci ilin 8 ayında Azərbaycanda 5 min 662 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin yanvar-avqust aylarında minik avtomobillərinin idxalı 4 min 874 ədəddən 12 min 525 ədədə qalxıb (2,6 dəfə artım).
Cari ilin Avqust ayında idxal edilmiş cəmi nəqliyyat vasitələrinin sayı 2 min 334 ədəd təşkil edib. İyunda bu say 2 min 294 ədəd, İyulda isə 2 min 112 ədəd olmuşdu.
Cari ilin Avqust ayında idxal edilmiş minik avtomobillərinin sayı 2 min 123 ədəd təşkil edib. İyunda bu say 2 min 21 ədəd, İyulda isə 1917 ədəd idi.
2018-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 100 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 12 525 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Malın adı | Miqdarı (ədəd) 2017-ci ilin 8 ayı ərzində | Miqdarı (ədəd) 2018-ci ilin 8 ayı ərzində |
Cəmi idxal olunmuşdur o cümlədən: | 5 662 | 14 034 |
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri | 134 | 100 |
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri | 4 874 | 12 525 |
Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri | 603 | 1 332 |
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələ | 51 | 77 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 6 saat əvvəl
-
6 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti





























