“PAŞA Həyat” 6 illiyini qeyd edir
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “PAŞA Həyat” bu gün fəaliyyətə başlamasının 6 illiyini qeyd edir. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “PAŞA Həyat” 6 il əvvəl - 14 fevral 2011-ci il tarixindən Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyətə başlayıb.
Həmin dövrdən “PAŞA Həyat” Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz mühüm töhfəsini verərək Azərbaycanın ən aparıcı həyat sığortası şirkəti statusuna nail olub.
Düzgün və uğurlu strategiya tətbiq etməsi nəticəsində şirkət Azərbaycan sığorta bazarının güclü maliyyə dayanıqlığı olan, həmçinin göstərdiyi yüskək və keyfiyyətli sığorta xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən, eləcə də ictimaiyyət arasında ən etibarlı şirkət statusu qazanaraq korporativ dəyərlərə malik bir maliyyə qurumu imicini qazanıb.
Əsas maliyyə göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, 6 illik fəaliyyəti dövründə şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 mln. manata, aktivlərinin həcmini isə 165 mln. manata çatdırıb. Xüsusilə qeyd olunmalıdır ki, aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkəti hesab olunur.
Bununla yanaşı, şirkət ötən ildə həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə (77,679 mln. manat) ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb. Məhz bu uğurlu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.
“PAŞA Həyat” fəaliyyəti dövründə yalnız maliyyə sahəsində əldə etdiyi uğurları ilə deyil, həmçinin müasir tələblərindən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan tarixi-mədəni irsin qorunması, idmanın inkişafı və bir çox maraqlı sosial layihələri ilə də gündəmdədir.
Hazırda “PAŞA Həyat” inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)






