150 min manata özəlləşdirildi - növbəti hərrac baş tutub
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 14 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub. Komitədən “Marja”ya daxil olmuş məlumata görə, hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün (https://goo.gl/Jk8Cz7) göstərilən linkə keçid etmək kifayətdir.
Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.
Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.
Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.
Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242
Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)








