900 manata "kasıb" ayaqqabısı
İtaliyanın "Golden Goose"şirkəti tərəfindən istehsal olunan "Superstar taped sneakers model" ayaqqabı İtaliyada 375 avroya, ABŞ-da isə 530 dollara (900 manata) satılır.
"Marja" xəbər verir ki, köhnə görünüşlü ayaqqabı modeli "yoxsulluqla istehza edildiyi" səbəbilə böyük reaksiyaya səbəb olub.
Ayaqqabıların ABŞ-dakı satış qiyməti sosial mediada böyük bir müzakirəyə səbəb olub. Köhnə görünüşlü bir ayaqqabının 530 dollara satılması bəzi "Twitter" istifadəçiləri tərəfindən "yoxsulluqla lağ etmək" kimi şərh olunub.
Sosial media istifadəçiləri, bu ayaqqabının, həqiqətən yeni ayaqqabı almağa gücü çatmadığı üçün cırılana qədər köhnə ayaqqabılarını geymək məcburiyyətində qalan insanlara qarşı qəddarlıq olduğunu qeyd ediblər.
"LÜKS MARKALAR İNSANLARIN YOXSULLUQ DƏRDLƏRİNİ PULA ÇEVİRİRLƏR"
Bir "Twitter" istifadəçisi də, "Kasıblıq real bir şeydir, mən keçmişdə köhnə paltarıma görə zorakılığa məruz qaldım, o zaman bu paltarlar dəbdə deyildi. İndi isə lüks brendlər çox sayda insanın keçmişdəki və bugünkü yoxsulluq mənbəli dərdlərini pula çevirirlər" yazıb.
Bir başqa istifadəçi də "Yeni ayaqqabı almağa gücü çatmayanların ayaqqabılarına bənzəyən ayaqqabıları 530 dollara satmaq kapitalizmin zirvəsidir" - deyə yazıb..
Eyni marka 2 il əvvəl də bənzər şəkildə istehsal etdiyi köhnə görünüşlü bir ayaqqabı modeli üçün "köhnəlmiş mənzərənin modadakı ən böyük meyllərdən biri olduğu" açıqlamasını etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
22 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
23 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















