Azərbaycan kredit alıb göl bərpa etmək niyyətindədir
Sentyabrın 25-də İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla, o cümlədən Avropa İnvestisiya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. Bank TANAP və TAP layihələrinin maliyyələşdirilməsində iştirak edib, özəl sektorla əməkdaşlıq çərçivəsində Azərbaycan banklarına kredit ayırıb.
Qeyri-neft sektorunun müxtəlif sahələri üzrə AİB-lə əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşən İqtisadiyyat naziri ölkədə yaradılmış sənaye parklarında rezidentlər üçün əlverişli şəraitin yaradıldığını və bir sıra güzəştlərin nəzərdə tutulduğunu qeyd edib, sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində Bankla əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığa güzəştli kreditlərlə dəstək olduğunu bildirən nazir Şahin Mustafayev Fondun AİB-lə əməkdaşlıq edə biləcəyini deyib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə Bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib.
Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü yüksək qiymətləndirərək, görüşdə səmərəli danışıqların aparıldığını vurğulayıb. Vazil Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan Avropa İnvestisiya Bankının vitse-prezidenti Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Vazil Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 saat əvvəl
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
22 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
22 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















