"Bransonun buraxılmasına siyasətçilər qərar verə bilməz"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters" xəbər agentliyinə verdiyi müsahibəsində önəmli açıqlamalar verib. Ərdoğan keşiş Branson məsələsinə də toxunub.
"Asını çəkdiyiniz zat, terror təşkilatları ilə əlaqədə olduğu üçün həbs olunmuşdur. Sağlamlıq səbəbilə məhkəmə onun evə çıxmasına (ev həbsi) icazə vermişdir. 12 Oktyabrda məhkəməsi var. Məhkəmə nə qərar verəcəkdir, bunu bilmirəm. Buna siyasətçilər qərar verə bilməz. 12 Oktyabr gəlsin görəcəyik",- "Marja" xəbər verir ki, Ərdoğan deyib.
Qeyd edək ki, keşiş Endryu Bransonun həbs edilməsindən sonra ABŞ Türkiyəyə sanksiyalar tətbiq edib. Gərginlik ilə əlaqədar olaraq Türk Lirəsi də ucuzlaşıb.
Türkiyə Prezidenti əlavə edib ki, dövlət çevrilişinə cəhd göstərmiş FETÖ başçısı ABŞ-dadır: "ABŞ-da olan bu şəxs hazırda mühakimə olunmur. Biz dosyalarını göndərdiyimiz halda, mühakimə olunmur, ABŞ-dakı rəsmilər təəssüf ki, müqavimət göstərirlər. Türkiyə ilə ABŞ arasında cinayətkarların ekstradisiya müqaviləsi var. Buna baxmayaraq Fəthullah Güləni təhvil vermirlər. Branson hazırda ittiham olunur. Mühakimə olunan bir adama "buraxdım, get" deməyə nə mənim, nə də başqalarının səlahiyyəti var. Bu səlahiyyət hakimdədir. 12 Oktyabrda məhkəmə nə qərar verəcəkdir bilmirəm".
TÜRKİYƏYƏ SANKSİYALAR
Ərdoğan deyib: "Branson hadisənin bizim iqtisadiyyatımızla yaxından uzaqdan əlaqəsi yoxdur. Biz iqtisadi çətinliyi keçmişik, Türkiyə iqtisadi yaxşılaşma prosesinə girib. Hazırda iqtisadi çətinlik şişirdiləcək deyil. Türkiyə öz imkanları ilə bunu keçəcəkdir. Bunun Bransonla yaxından uzaqdan əlaqəsi yoxdur".
FAİZ ARTIMI
"Bu (faizin artırılması), Mərkəzi Bankın müstəqilliyinin bir ifadəsidir. Faizləri xeyli qaldırmışdır. Türkiyədə hər kəs bilir, mən yüksək faizə qarşı olan adamam. Yüksək faiz nisbətləri sahibkara, investorlara mənfi təsir edəcəkdir. Faizin aşağı olması lazımdır ki, istehsal olsun, məşğulluq olsun, ixracat olsun. Hazırkı vəziyyət (yüksək faizlər) bir həll olacağı istiqamətindədir. Mərkəzi Bank bu istiqamətdə qərar verdi. Ümid edirəm ki, bu qərar işə yarayar.Yüksək faiz də yüksək inflyasiya gətirir. Ümid edirəm ki, bunun əksi olacaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
15 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
15 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















