"Neftin 100 dollaradək bahalaşması İrana sanksiyalardan asılı olacaq"
Neftin bir barelinin gözləndiyi kimi, yenidən 100 dollaradək bahalaşması ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində dünya bazarının üzləşəcəyi neft itkisinin miqdarından asılıdır.
Bu barədə "S&P Global Platts" agentliyinin baş redaktoru Nik Kolman bildirib.
Onun sözlərinə görə, bəzi ekspertlər bu itkinin gündə 1 mln. barel həddini xeyli aşacağı qənaətindədir: “Həmçinin Çinin də neft tələbatı xeyli yüksək olaraq qalır. Hazırki ticarət müharibəsinə baxmayaraq, bu ölkə ABŞ-dan xam neft idxalına rüsum qoymağa maraqlı görünmür”.
Digər tərəfdən, baş redaktor volatil amillər olaraq Liviya və Venesuela ilə bağlı qeyri-müəyyən vəziyyəti, o cümlədən ABŞ-ın Venesuelaya qarşı mümkün sanksiyalarını göstərib: “Lakin bütün bunlar yenə də neft qiymətinin mütləq 100 dollar/barelə qayıdacağı demək deyil. Belə ki, yaxın vaxtlarda tələbatın çox güclü artımı güman olunmur. Məsələn, Beynəlxalq Enerji Agentliyi (IEA) 2019-cu ilin I rübündə gündəlik tələbatın cəmi 900 min barel artacağını gözləyir”.
Bundan əlavə, onun fikrincə, təchizatla bağlı bir neçə pessimist faktor da mövcuddur:
"Ötən həftə sonu OPEC lazım gələrsə, hasilatı artırmağa hazır olduqlarını bəyan edib. Bundan əlavə, ABŞ-ın Perm hövzəsində qazma qurğularının sayı artır. Bu həftə burada qazma qurğularının sayı 488-ə çatdırılıb ki, bu da 2015-ci ilin əvvəlindən bəri ən yüksək göstəricidir. Liviyada da gündəlik 1 mln.bareldən artıq hasilata dönmələrinin əlamətləri sezilir. Qiymətə təsir edən faktorlar çoxdur, buna görə də düşünürəm ki, indi neft qiymətləri barədə konkret proqnoz vermək çətindir, amma hər halda bir barelin 100 dollara yüksələcəyi barədə danışmaq bir qədər tezdir."
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















