SOCAR istiqrazlarının qiyməti artır - QİYMƏT
Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1 004-1 005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1 004-1 005 dollara almaq və 1 000 dollara satmaq olar.
PSG Capital şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək.
Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqaz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə olub, növbəti faiz ödənişi isə 17 aprel 2017-ci ildə baş tutacaq.
Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.
Xatırladaq ki, bir qədər əvvəl «PSG kapital» şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nətcələrə görə, yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72%-nı yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























