"Uber" 148 milyon dollar cərimə ödəyəcək
Sərnişinlərlə sürücüləri mobil proqram vasitəsilə gürüşdürən "Uber" şirkəti 148 milyon dollar cərimələnib.
"Marja" xəbər verir ki, 2016-ci ildə baş verən məlumat sızması səbəbilə "Uber", 57 milyon sürücü və müştərinin məlumatlarının oğurlandığını və bu məlumatların geri alınması üçün hakerlərə 100 milyon dollar ödəniş etdiyini açıqlamışdı.
Həmin hadisə ilə bağlı olaraq "Uber"ə ABŞ-da cinayət işi açılmışdı."Uber" məhkəmənin 148 milyon dollarlıq cəriməsini ödəməyi qəbul edib. Nyu-York prokuroru Barbara Underwood, "Uber"in cərimələnməsi ilə bağlı olaraq, "İstehlakçı və işəgötürənlərin məlumatlarını sızdıran şirkətlərə sıfır tolerantlıq göstəririk" - deyib.
HAQQ DA VERDİ, CƏRİMƏ DƏ ÖDƏYƏCƏK
2016-nın Oktyabr ayında həyata keçirilən hücumda hakerlər böyük çoxu ABŞ-da olmaqla dünyanın müxtəlif yerlərindəki 50 milyondan çox "Uber" müştərisinin adlarını, e-poçt ünvanlarını və telefon nömrələrini oğurlamışdı.
İstifadəçilərin kredit kartı məlumatlarının ələ keçirilmədiyini bildirən "Uber", hakerlər tərəfindən ələ keçirilən sərnişin və sürücülərin şəxsi məlumatlarını geri almaq üçün hakerlərə haqq ödəməyi qəbul etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















