"Whatsapp"ın qurucusundan peşmançılıq açıqlaması
Dünyanın ən böyük anlıq mesajlaşma platforması "Whatsapp"ı 2009-cu ildə Yan Koum ilə birlikdə quran Brian Acton, yaratdığı şirkətdən öz istəyi gedişindən bir il keçəndən sonra sükunətini pozub.
"Marja" xəbər verir ki, "Forbes"ə danışan Brian Acton, 2014-cü ildə "Whatsapp"ı 19 milyard dollar qarşılığında "Facebook"a satması ilə bağlı olaraq, "O gün istifadəçilərin məxfiliyini satdım, Hər gün bu qərarın ağırıları ilə yaşayıram" - deyib.
"Whatsapp"ın dünya miqyasında təxminən 1.5 milyard aylıq aktiv istifadəçisi var.
850 MİLYON DOLLARINDAN İMTİNA ETDİ
Bu ilin əvvəlindəki "Cambridge Analytic"a qalmaqalından sonra "Twitter" üzərindən başladılmış "Facebook-u Sil" kampaniyasına da dəstək verən Acton, texnologiya sahəsində son illərin ən böyük satışına imza atmasına baxmayaraq, peşman olduğunu açıqlayıb.
"Facebook"un İcraçı sirektoru Mark Zuckerberg başda olmaqla şirkətdə çalışan rəhbərlərlə olan fikir ayrılığına toxunan Acton, "Onlar yaxşı iş insanlarıdır. Ancaq mənim qəbul etmədiyim bir sıra iş praktikasını, prinsiplərini, əxlaqını və siyasətlərini təmsil edirlər" deyib
"Whatsapp"dakı istifadəçi gizliliyinə toxunan Acton, ""Whatsapp" istifadəçilərinin məxfiliyini daha böyük fayda (gəlir) əldə etmək üçün satdım. Bir seçimi etdim və hər gün bunun peşimançılığı ilə yaşayıram".
"Whatsapp"ın banisi Acton, 2017-ci ilin Sentyabr ayında "Facebook"dan, 850 milyon dollarlıq səhmlərindən imtina edərək ayrılıb. Acton, "Cambridge Analytic"a qalmaqalının baş verdiyi 2018-ci ilin Mart ayında "Facebook-u silmək vaxtıdır" deyərək "tweet" atmışdı.
2018-ci ilin May ayında da Brain Acton ilə birlikdə "Whatsapp"ın digər qurucusu olan Yan Koum da istefa qərarını açıqlamışdı.
Ötən günlərdə, "Facebook"un 2012-ci ildə 1 milyard dollara satın aldığı "Instagram"ın qurucuları Kevin Systrom və Mike Krieger də istefa vermişdilər. "Instagram"ın qurucuları "Marağımızı və yaradıcılığımıza kəşf etmək üçün ayrılırıq" açıqlamasını etmişdilər.
Mark Zuckerbergin "yeganə adam" yanaşmasına qarşı olan rəhbərlərin bir-bir şirkətdəki vəzifələrindən istefa etmələri, "Facebook"dakı idarəetmə anlayışına qarşı tənqidlərin də artmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























