Bakıda ilk CEO Lunch təşkil olunub
Caspian European Club (Caspian Business Club) və Caspian American Club bu gün (15 fevral) Bakıda ilk CEO Lunch keçirib.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev CEO Lunch-ın hər ayın üçüncü çərşənbə günü təşkil ediləcəyini bildirib.
Holiday İnn otelində keçirilmiş CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunub.
Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə edilib, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.
Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev görüş iştirakçılarına AZAL ilə əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edib, aviaşirkətin fəaliyyəti, həmçinin gələcək planları haqqında danışıb.
CEİBC-yə daxil olan və buradakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər.
Görüş iştirakçıları üçün Barattson School of Business & Finance-ın baş icraçı direktoru Elşən Rəhimov, Air Astana regionu üzrə menecer Daken Şement, Eurodesign-nin baş direktoru Teymur Tağıyev tərəfindən təqdimat keçirilib.
Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un (Caspian Business Club) sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu bildirilib. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
CEO Lunch-da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
10 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
22 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 26 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
55 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























