Xaricdən avtomobil idxalı kəskin artmaqda davam edir
Bu il 10 min ədədə yaxın daha çox avtomobil idxal olunub
2018-ci ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) Azərbaycana 16 min 382 ədəd nəqliyyat vasitəsi idxal olunub.
14 min 34 ədəd nəqliyyat vasitəsi idxal olunub.
"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 9 min 739 ədəd artıb. 2017-ci ilin 9 ayında Azərbaycanda 6 min 643 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında minik avtomobillərinin idxalı 5 min 783 ədəddən 14 min 680 ədədə qalxıb (2,5 dəfə və ya 8897 ədəd artım).
Cari ilin Sentyabr ayında idxal edilmiş cəmi nəqliyyat vasitələrinin sayı 2 min 348 ədəd təşkil edib. Bu say İyunda 2 min 294 ədəd, İyulda 2 min 112 ədəd, Avqustda isə 2 min 334 ədəd olmuşdu.
Cari ilin Avqust ayında idxal edilmiş minik avtomobillərinin sayı 2 min 155 ədəd təşkil edib. Bu say İyunda 2 min 21 ədəd, İyulda 1917 ədəd, Avqustda isə 2 min 123 ədəd idi.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 110 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 14 min 680 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 507 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 85 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”




















