“Qala Həyat”: İcbari və həyatın ölüm halından sığortası növlərində satışlarımız artıb

"Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti öz inkişaf tendensiyasını uğurla davam etdirir".
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, şirkətin uğurlu və davamlı inkişafı 2018-ci ilin yanvar-sentyabr ayları üzrə açıqlanan əsas maliyyə göstəriciləri ilə bir daha sübut edir.
“Belə ki, 2016-сı ilin sonunda “Qala Həyat” rəhbərliyinin düzgün istiqamətə yönəltdiyi strategiyanın, eləcə də peşəkar komandanın uğurlu fəaliyyəti nəticəsində portfelin sağlamlaşdırılması prosesi uğurla davam edir. Belə ki, sığorta portfelində icbari və həyatın ölüm halından sığortası növünün payı artır, satışın həcmi ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 12% və 32% artmışdır. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar. Məlumat üçün qeyd etmək istəyirəm ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manata çatıb. Düşünürəm ki, “Qala Həyat” rəhbərliyinin bazara uyğun düzgün və strateji addımları növbəti ildə də şirkətin inkişafının sürətlə davam etməsinə zəmin yaradacaq”.
“Qala Həyat”ın sığorta ödənişləri barədə də məlumat verən E.Hüseynquluyev cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişinin verildiyini bildirib.
“Ödənişlərimiz gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilir. Çalışırıq ki, müştəri göstərdiyimiz xidmətlərdən maksimum razı qalsın. Müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltmək bizim üçün ən prioritet məsələlərdən biridir” - deyə, E. Hüseynquluyev vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
