Məşhur restoran şəbəkəsi iflasın astanasında
Dünyaca məşhur İngilis aşbaz Jamie Oliver, adını verdiyi "Jamie's İtalian" adlı restoran şəbəkəsini yaşatmaq üçün daha çox pulunun qalmadığını bildirib.
"Marja" xəbər verir ki, "The Sunday Mail" qəzetinə müsahibə verən Oliver, məşhur İtalyan restoran şəbəkəsinin yaşadığı maliyyə çətinliklərinə toxunub.
Oliver, "Jamie's İtalian"ı yaşatmaq üçün pulunun qalmadığını bildirərək, "Daha çox investisiya qoyacaq bir şey qalmadı. Orada çalışan insanları da riskə atmaq istəmədiyim bir nöqtədəyik", - ifadələrini istifadə edib.
Maliyyə çətinlikləri getdikcə artan "Jamie's İtalian", 71,5 milyon funt-sterlinq borcuna görə 12 restoranını bağlamaq məcburiyyətində qalmışdı.
Məşhur aşbaz, adını verdiyi şəbəkəni yaşatmaq üçün təkcə bu il 13 milyon funt-sterlinq səviyyəsində investisiya etmişdi. Şirkətin yenidənqurmaya getməsi səbəbindən restoran şəbəkəsi 600 nəfəri işdən çıxartmışdı.
2016-da 700 min funt-sterlinq qazanc əldə edən Jamies Oliver, ötən ilin sonunda 20 milyon funt-sterlinq zərər açıqlamışdı.
"Jamie Oliver Restaurant Group"un icraçı direktoru John Knight, "The Telegraph" qəzetinə verdiyi müsahibədə, "Çox sürətli bir şəkildə əlverişsiz yerlərdə restoranlar açmışıq",- ifadəsini işlətmişdi.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















