Azərbaycanlı xanım "İlin ən yaxşı qadın iş adamı" seçilib
(®) İngiltərənin nüfuzlu www. bmmagazine.co.uk portalı Azərbaycanlı xanımın uğurundan yazıb.
Gülnar Həsənova “Stevie” beynəlxalq biznes mükafatına layiq görülüb
Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır. Azərbaycanda biznes idarəetməsindəki xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər. Bu günlərdə belə işgüzar xanımlardan biri - Gülnar Həsənova dünya miqyaslı “Stevie” beynəlxalq biznes mükafatına layiq görülüb. O, biznes aləmində “İlin qadını” adını qazanıb. Azərbaycanlı xanım “İlin ən yaxşı qadın iş adamı” seçilib. İngiltərənin nüfuzlu www. bmmagazine.co.uk portalı da Azərbaycanlı xanımın uğuru haqqında geniş material hazırlayıb.
Məlumat üçün bildirək ki, “Gilan holding”də pərakəndə portfelinin Baş Direktoru vəzifəsini icra edən Gülnar Həsənova hazırda Cambridge Universitetinde Executive MBA dərəcəsi üzrə təhsil alır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Gülnar xanım elə ilk magistr dərəcəsini bu ali məktəbdən əldə edib. Sonradan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq məşğulluq əlaqələri və İnsan resursları idarəetməsi üzrə ikinci magistr dərəcəsini alıb.
“Stevie” mükafatının sahibi olan G.Həsənova 10 ildən artıqdır ki, aparıcı şirkətlərdə rəhbər vəzifələrdə çalışır. Pərakəndə satış, daşınmaz əmlak və insan resursları sahəsində təcrübəsi olan xanım biznesin əsas sahələri - marketinq, pərakəndə əməliyyatlar, biznesin inkişafı və s. sahələr üzrə də ekspertdir.
Gülnar Həsənovanın rəhbərlik etdiyi “Gilan Retail” portfelinə daşınmaz əmlakın satışı, “Evimiz”, “Ekomobil”, “Vitafarma” və digər mağazalar, “Günaydın”, “Köşem” və s. restoranlar, digər müəssisələr daxildir. Biznesmen xanımın rəhbərlik etdiyi qrupda 500-dən çox işçi çalışır.
Azərbaycanlı xanımın “Stevie” kimi mötəbər mükafatı qazanması ölkəmizin adına böyük uğur sayıla bilər. Bu, azərbaycanlı xanımların da dünya səviyyəsində yüksək ixtisaslı kadr kimi qəbul olunduğunu, rəhbər vəzifələrdə uğur qazandığını, biznes və müştərilərlə iş sahəsində böyük təcrübəyə malik olduğunu göstərir.
“Stevie Awards” biznes sahəsində ən tanınmış və nüfuzlu mükafatlardan biridir. Hər il bu mükafatı qanmaq üçün dünyanın müxtəlif ölkələrindən minlərlə şirkət və sahibkarlar yarışır. Müsabiqə ABŞ-da fəaliyyət göstərən “Stevie Awards” təşkilatı tərəfindən keçirilir. Beynəlxalq Biznes Müsabiqəsində “İlin şirkəti”, “İlin sahibkarı” kimi titullarla yanaşı, “İlin ən yaxşı qadın biznesmeni”, ictimaiyyətlə əlaqələr, müştərilərə göstərilən xidmət, insan resursları, informasiya texnologiyaları, menecmentlik, marketinq sahəsində əldə olunan uğurlara görə də şirkətlər və şəxslər təltif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
-
11 d. əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
- 39 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti












.jpg)





