Avro 1.15 dollara kimi bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 1.3%-ə kimi ucuzlaşma investorların diqqət mərkəzindədir.
EUR
Beynəlxalq valyuta birjalarında son bir həftədir dolların aparıcı valyutalara nisbətən qiymətləri 1%-dən çox ucuzlaşıb. Buna səbəb Amerika iqtisadiyyatında inkişaf dinamikasının zəifləyə biləcəyi ehtimallarıdır. Nəticədə EUR/USD məzənnəsi də yenidən bahalaşaraq, 1.14$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsəsan qiymət 1.1421$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.1446 və 1.1500$-a kimi də bahalaşa bilər.
Lakin bununla yanaşı, Avropa da siyasi və iqtisadi risklər diqqət mərkəzində saxlanılmalıdır və avroya olan təzyiqlər yenidən arta bilər.
GBP
GBP/USD məzənnəsində isə bahalaşma güclü olmayıb və 1.28$-a ticarət edilməkdədir. Qiymət 1.2850$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, bahalaşma 1.2950$-a kimi sürətlənə bilər.
İngiltərə höküməti Avropa Birliyi ilə Breksit danışıqlarında kifayət qədər effektiv olmadığı ittihamı ilə təzyiq altındadır. Bu, ölkədə siyasi və iqtisadi riskləri də aktual saxlayır.
TRY
Dünya birjalarında dolların ucuzlaşması Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsinin 5.35TL-yə kimi ucuzlaşmasına səbəb olmuşdur. Dollar/Lirə valyuta cütlüyünün qiyməti 5.30TL-ni də aşağı istiqamətdə qırarsa, 5.18TL-yə kimi də ucuzlaşa bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 67$-a ticarət edilməkdədir. Qiymət keçən həftə ərzində 65$-a kimi ucuzlaşdıqdan sonra korreksiyaya başlamışdı və 67$-ın üzərində qaldıqca, bahalaşma 72$-a kimi də davam edə bilər.
Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə, əlvan metallar bazarlarında qızıla olan tələb yenidən artıb. Yeni həftənin ilk sessiyasında 1220$-a (39.2 $/qram) təklif edilən bir unsiya üzrə qiymət, 1227$-ı (39.5 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1236$-a (39.4 $/qram) kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























