McDonalds-a qarşı maraqlı cinayət işi açılıb
Kanadanın Quebec bölgəsində McDonald`s mağazalarında satılan uşaq menyusu oyuncaqlarının reklam qanununu pozduğu iddia edilir və bu səbəbdən cinayət işi açılıb. Kanadada uşaq məhsullarında üç istisna xaric reklam etmək qadağandır.
Üç uşaq atası bir adam uşaq menyusundakı oyuncaqlar ilə bağlı məhkəməyə müraciət edib. O, bir filmin beş qəhrəmanının ayrı-ayrı oyuncaqlarının satılmasının qanunları pozduğunu, uşaqların istismar edildiyi iddia edir.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, ata iddia ərizəsində oyuncaqların restoranlarda uşaqların göz ününüə qoyulduğunu qeyd edərək menyu ilə gələn bir oyuncağı alan uşağın seriyadakı digər oyuncağı da almaq istədiyini, beləliklə yeni bir menyu almaq məcburiyyətində qaldıqlarını bildirib.
Quebec bölgəsində açılan cinayət işi ilə bağlı McDonald's verdiyi açıqlamada, 45 ildir Kanadada fəaliyyət göstərdiklərini və daha əvvəl belə bir iddia ilə qarşılaşmadıqlarını bildirib.
Kanadanın Reklam Məcəlləsinin 13-cü maddəsinə əsasən uşaqlar üçün istehsal olunan məhsullarda reklam etmək qadağandır. Amma burada üç istisna var: uşaq jurnalı, əyləncə fəaliyyətləri və mağaza vitrinləri.
90-cı illərin əvvəlində Böyük Britaniyada bir McDonald's-Greenpeace məhkəməsində hakim şirkətin reklam çarxlarının uşaqlara uyğun olmadığı qərarını vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
30 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

















