“Palata valyuta bazarında baş verənləri araşdırmalıdır”
"Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu"
Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərini araşdırmasına ehtiyac var. "Marja" xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
“Əksər inkişaf etmiş ölkələrdə belə hallar baş verən zaman maliyyə bazarına məsul olan dövlət qurumu spekulyativ müdaxilələrin olub-olmamasını araşdırır. Belə müdaxilələrin olduğu təsdiq olunan zaman bu işdə maraqlı olan bankların lisenziyalarının ləğvi daxil olmaqla, xeyili kəskin cəzalar müəyyənləşdirilir.
Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu. Belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir. Biznes üçün stabil valyuta rejimi çox əhəmiyyətlidir. Buna görə də, Palata tərəfindən bu ay valyuta bazarında baş verənlərin araşdırılması üçün xüsusi kommisiyanın yaradılmasına və iki-tərəfli kəskin dəyişikliklərin səbəbləri və bunda maraqlı olan banklar və tərəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Bu həmçinin gələcəkdə yeni spekulyativ müdaxilələrin qarşısının alınması baxımdan vacibdir",- iqtisadçı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)







