“Plan verdikləri üçün vətəndaşları 30 qəpik kimi görürlər” - BNA sədri
Dekabrın 1-də Parlament Jurnalistlər Birliyinin (PJB) Bakı Nəqliyyat Agentliyinə mediaturu baş tutub.
Tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev və mətbuat nümayəndələri iştirak edib.
“BakuBus” MMC-nin fəaliyyəti ilə tanışlıq zamanı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var:
"Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir. Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun”.
BNA sədri həmçinin qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanı:
“Həmin tələblər hökumətə təqdim olunub. həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır”.
V.Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də deyib.
“Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq”.
BNA sədri, həmçinin əlavə edib ki, Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.
“Bu gün çox ciddi sürücü problemi var. Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər.
Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 6 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
11 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
11 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























