Naxçıvan yenidən investisiya reytinqinin lideri olub
Naxçıvan Muxtar Respublikası ikinci dəfə Caspian European Clubun dəstəyi ilə fəaliyyət göstərən Caspian Energy İnternational Media Group-un hazırladığı 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib.
Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyevin sözlərinə görə, reytinq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının nəticələrini nümayiş etdirir və Caspian Energy jurnalının növbəti nömrəsində dərc olunacaq.
Telman Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb. O bildirib ki, qazanılmış uğurlar sayəsində muxtar respublikanın iqtisadi potensialında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. İyunun 14-də Naxçıvan Biznes Mərkəzində keçirilmiş VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” də iştirak edən Naxçıvan Muxtar Respublikasının rəsmiləri, aparıcı Azərbaycan şirkətlərinin rəhbər və nümayəndələri bu proseslərin şahidləri olublar.
2018-ci ilin reytinqinin əsas özəlliyi Azərbaycan iqtisadiyyatının ənənəvi enerji mənbələrindən asılılığının ciddi şəkildə azalması faktıdır. Alternativ və bərpaolunan mənbələr regionların enerji balanslarında getdikcə daha çox yer tutur. Ekoloji cəhətdən təmiz enerjinin yüksək səviyyədə istehsalı sayəsində Naxçıvan yenidən Caspian Energy-nin ümumi reytinqində ilk yeri tutub və ardıcıl ikinci dəfə şəksiz qalib seçilib.
Bu il reytinqdə Azərbaycanın 11 iqtisadi regionu (Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xazmaz iqtisadi rayonu, Aran iqtisadi rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu, Dağlıq-Şirvan iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikası iqtisadi rayonu) qiymətləndirilib. Regionlar 18 parametr üzrə altı (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) qrupa bölünüb.
Telman Əliyev xatırladıb ki, regionlar arasında 2016-cı ildə ən yüksək balı Gəncə-Qazax iqtisadi rayonu, 2017-ci ildə isə Naxçıvan Muxtar Respublikası toplayıb.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















