Sabit vergi necə hesablanmalıdır? - NÜMUNƏ
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.
Bəs həmin şəxslər vergi ödənişlərini necə hesablamalıdır?
Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən edilir.

Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.
Cədvəldə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
-Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
-Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
-digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:
-vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
-vergi ödəyicisinin VÖEN-i;
-qəbzin qüvvədə olma müddəti;
-fəaliyyətin həyata keçirildiyi ərazi;
-ödənilmiş verginin məbləği;
-fəaliyyət növünün adı.
"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" vergi ödəyicisində saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir. Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda "Sabit verginin ödənilməsi haqqında qəbz"i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.
Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim edirik. Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada aparılacaq:
Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.
Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.
Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 20 manat.
Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.
Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 20 manat.
Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alırlar və heç bir hesabat təqdim etmirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 34 d. əvvəl
- 38 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
49 d. əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
1 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
Ən çox oxunanlar
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
Rusiya Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlayacağı gözlənilir





















