"Ləğv qərarı Müşahidə Şurası tərəfindən qəbul olunub"
"Rosselxozbank” ASC Azərbaycandakı nümayəndəliyinin ləğv olunmasına dair qərar qəbul edib.
“Nümayəndəliyin bağlanması ilə əlaqədar iki ay müddətində kreditorlardan tələblər qəbul olunacaq”, - nümayəndəliyin elanında deyilir.
Nümayəndəliyin rəhbəri Bəxtiyar Ağayev məlumat verib ki, bu qərar "Rosselxozbank” ASC-nin Müşahidə Şurası tərəfindən qəbul olunub.
“Bugünkü elan Azərbaycanda nümayəndəliyin ləğv olunması prosesinin başlanğıcıdır. Azərbaycan qanunvericiliyinə əsasən, bu proses ən azı iki – maksimum 12 ay zaman tələb edəcək, yəni 2019-cu ildə tam başa çatacaq. Biz nümayəndəliyin ləğv olunmasına dair bütün zəruri sənədləri artlıq Maliyyə Bazrlarına Nəzarət Palatası və Vergilər Nazilriiyinə təqdim etmişik”, - B.Ağayev vurğulayıb.
Eyni zamanda, B.Ağayev nümayəndəliyin ləğv olunması səbəblərini dəqiqləşdirməyib və qeyd edib ki, bu onun səlahiyyətində olan məsələ deyil.
“Rosselxozbank” ASC Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin mart ayında qeydiyyatdan keçib. Nümayəndəliyin əsas vəzifələri Azərbaycanın maliyyə təsisatları və ASK şirkətləri ilə birgə layihələrin reallaşıdırlması məqsədilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, dövlət orqanları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin təşkili, Rusiyanın investisiya layihələrinin Azərbaycanda irəli sürülməsi və müşayiət olunması, “Rosselxozbank” ASC-nin iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli sazişlərin monitorinqinin həyata keçirilməsindən ibarətdir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?

























