Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 23-nə USD/AZN rəsmi məzənnəsini 1.7447 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olundu, Dollar əsasən 1.79-1.82 səviyyələrindən satıldı.
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7498 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,3% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmadı. Əksinə 2-3 bank Dolların alış və satış qiymətlərini aşağı saldılar.
-İş gününün sonuna yaxın məlum oldu ki, bu gün hərraca 36 milyon dollar çıxardılıb və hərraca çıxarılan dolların hamısı satılıb.
- Axşam saat 17:05-də Mərkəzi Bank 24.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7475 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən aşağıdır.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların daha sürətlə bahalaşacağını hesab edir.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notlrın yerləşdirilməsi ilə dövriyyədəki izafi manat kütləsini çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















.jpg)

