KOBİA Müşahidə Şurasının ilk iclası keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri İqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinləri və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
İclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmış KOBİA strukturları və dəstək mexanizmləri vasitəsilə sahibkarlara təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə və digər xidmətləri operativ, şəffaf və nəzakətlilik prinsipləri əsasında təqdim edəcəkdir.
Sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov indiyədək görülmüş işlər barədə hesabatla çıxış edib.
Vurğulanıb ki, Agentlik dövlət başçısının tapşırıqlarının icrası istiqamətində tədbirlər həyata keçirib, bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 “KOB Dostu” fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da “KOB Dostu” fəaliyyətə başlayacaqdır.
Hazırda ilk “KOB evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, “KOB evləri”ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlər davam etdirilir.
Bundan başqa, sahibkarların müraciətlərinə baxılması və onların çevik həlli ilə bağlı on-line platforma olan “Sahibkarlara Dəstək Sistemi” yaradılıb və “Bakutel 2018” Sərgisində təqdim olunub.
ABŞ, Rusiya, BƏƏ və Türkiyənin analoji qurumları ilə təcrübə mübadiləsi məqsədilə həmin ölkələrə təlim səfərləri təşkil edilib, dövlət orqanları, ali təhsil müəssisələri, yerli və xarici təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalanıb, Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması üçün QHT-lər və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şura, gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün Könüllülər Şurası yaradılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov və Aparat rəhbəri Şamil Süleymanlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə təqdimatlarla çıxış ediblər.
İclasda Agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi mexanizmi müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
-
14 d. əvvəl
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
- 45 d. əvvəl
-
59 d. əvvəl
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
-
1 saat əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
1 saat əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
2 saat əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır


























