"Kənd təsərrüfatı texnikasının istehsalında birgə müəssisələr təşkil oluna bilər"
İran və Azərbaycan kənd təsərrüfatı sahəsində birgə layihələr reallaşdıra bilər.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin İrana həyata keçirilən işgüzar səfərin nəticələri barədə məlumat verərkən deyib.
Ş.Mustafayevin sözlərinə görə, İranın avtomobil istehsalı sahəsində böyük təcrübəsi var: "Bu təcrübədən yararlana bilərik. Azərbaycanın regionlarında kənd təsərrüfatı texnikasının istehsalına dair birgə müəssisələr təşkil oluna bilər. Səfər zamanı da iranlı iş adamlarının buna marağının şahidi olduq".
İranın kənd təsərrüfatında xeyli tərəqqi əldə etdiyini xatırladan nazir bildirib ki, bu ölkəyə kənd təsərrüfatı torpaqlarından daha da səmərəli istifadə etməsi üçün Azərbaycanın "Azersky" Yer səthinin müşahidə peykinin xidmətlərindən istifadə etmək təklif olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





