Həyatınızı asanlaşdıran texnologiyalar “Hünər Qüllələri”ndə
(®) Bakı Ağ Şəhər-də tikintisinə sürətlə davam edən “Hünər Qüllələri” öz fərqli konsepti ilə rəqiblərini geridə qoymağa davam edir. Ən müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa olunan “Hünər Qüllələri” sakinlərin rahatlığını ən yüksək səviyyədə qarşılamaq üçün yepyeni bir sistem təqdim edir.
Belə ki, binada məişət tullantılarının vahid mərkəzdə toplanması üçün özüyuyulan zibil boruları quraşdırılacaq. Avtomatlaşdırılmış kimyəvi təmizləmə sistemi ilə təchiz olunmuş borular mütəmadi olaraq öz-özünə yuyulur. Xüsusi vakum sistemi isə boruya daxil olan tullantıları sürətlə aşağıya doğru çəkir və qoxunun ətrafa yayılmasının qarşısını alır. Boruların qapıları növbəli açılma sistemi ilə idarə olunur. Belə ki qapılar, iki mərtəbədə də eyni anda açıla bilməz. Bu da sakinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Zibil borularının, onlar üçün ayrılan xüsusi bölmələrdə yerləşməsi isə binanın ümumi təmizliyini qoruyacaqdır. Binada həmçinin, mənzillərdəki kondisionerlərin motoru üçün ayrılan xüsusi servis eyvanları da yer alacaq. Binanın daxili dizaynının pozulmasının qarşısını alan bu eyvanlar, satış sahəsinə daxil olmadan bütün mərtəbələrdə istifadəyə veriləcək.
Huner Group-un ən böyük inşaat layihəsi olan “Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında - Ağ Şəhər-də davam edir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zalı, karaoke otağı, içərisində müxtəlif alətlər olan musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, fitnes salonu, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, xidməti avtomobillərin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltar yuma, qurutma, ütüləmə avadanlıqlarna sahib camaşırxana daxildir.
20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
14 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
14 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























