Rusiyadan Bakıya yeni aviareys açılır
Rusiyanın yeni aviaşirkətlərindən olan “UVT Aero” iyul ayından etibarən Kazan şəhərindən (Tatarıstan) Bakıya uçuşlara başlamağa hazırlaşır. Şirkət həmin tarixdən etibarən Azərbaycanla yanaşı Belarus, Gürcüstan və Ermənistana da uçuşlar həyata keçirəcək. Hazırda uçuş üçün müvafiq icazələrin alınması prosesi gedir.
Şirkət həmçinin sentyabrdan etibarən Rusiyanın ən ucqar Qərb nöqtəsi olan Kalininqrada da reyslərə başlayacaq.
Kazan Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hazırda Bakıya həftədə bir reys həyata keçirilir və bu, "Azerbaijan Airlines" aviaşirkəti vasitəsi ilə reallaşdırılır. Bu reyslə həmçinin Tbilisiyə (Gürcüstan) də transferlə uçmaq mümkündür.
Şirkətin baş direktoru Pyotr Trubayev qeyd edib ki, Bakıya uçuşların qiymətləri hələ bilinmir.
Xatırladaq ki, “UVT Aero” Tatarıstan Respublikasının aviaşirkətidir və 2015-ci ildə yaradılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)







