“Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın korporativ müştərilərinin sayı ildən-ilə artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştərilərinin sayı 30% yüksəlib.
Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, korporativ müştəriləri ilə mütəmadi görüşlər keçirir. Görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Növbəti dəfə “Nar” 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
Qeyd edək ki, biznes tərəfdaşlarının sayını sürətlə artıran “Nar” daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. “Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər. Belə ki, korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə bilərlər. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir. Korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur. İnternetdən daimi istifadə edən iş adamları isə “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.
Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
11 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
32 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
55 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib






.jpg)
.jpg)






.jpg)








