Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
Ələt qəsəbəsindəki yeni Bakı Limanı MDB ölkələri arasında “yaşıl liman” statusuna malik ilk liman olacaq.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, yeni Bakı Limanı beynəlxalq İSO 14001:2015 sertifikatlaşdırma auditini müvəffəqiyyətlə keçib. İSO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemi” üçün göstəriciləri müəyyən edir və bu standart üzrə sertifikatlaşdırma həyata keçirir. Sertifikatlaşdırma Bakı Limanının İSO 14001:2005 standartının ekoloji tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini təsdiq edir. Bu sertifikat ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır.
Bakı Limanı fəaliyyətinin ilk günlərindən ətraf mühit, ekoloji standartların tətbiqinə xüsusi önəm verir. Belə ki, hazırda “yaşıl liman” konseptinin tələblərinə uyğun olan Bakı Limanı Xəzər dənizi hövzəsində ilk belə limandır. Burada çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Həmin qurğular çirkab sularının təmizlənməsi üçün bakterioloji əsaslı sutkalıq gücü 600 kubmetr təşkil edən sutəmizləmə, gəmilərdən kənarlaşdırılan neftlə çirklənmiş suların təmizlənməsi qurğuları, yağış zamanı meydana gələn səth sularının təmizlənməsi üçün septiklərdən ibarət təmizləmə sistemidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 20 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























