Hindistandan və Pakistandan Azərbaycana səfər edənlərin sayında böyük artım
2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.
"Marja" Dövlət Turizm Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.
Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1%, 2% və 2% olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1%, İran isə ən böyük azalma ilə 5% itirib.
Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 21 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















