Avro, funt, qızıl ucuzlaşa, lirə və neft bahalaşa bilər - SON VƏZİYYƏT
Beynəlxalq maliyyə bazarlarında Amerikanın fond bazarlarında risklərin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edib.
EUR
Amerikanın fond bazarlarında cari ilin əvvəlindən etibarən 13%-dən çox dəyər qazanan Amerikanın S&P və Dou Cons indekslərinin keçən həftə ərzində də bahalaşmaqda davam etmələri, ABŞ iqtisadiyyatı fonunda risklərin qismən azalmasına səbəb olub. Bu. özü ilə bərabər Amerika Mərkəzi Bankının (FED) cari il üzrə planlaşdırılan iki faiz artımı ehtimallarının yenidən güclənməsinə və beləliklə, foreks bazarlarında dolların da bahalaşmasına təsir edir.
Beynəlxalq valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 1.1352$-a kimi 1%-dən çox ucuzlaşıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-ın altında qalarsa, 1.1270$-a kimi də ucuzlaşa bilər.
Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və açıqlamaların maliyyə bazarlarında ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.
GBP
GBP/USD məzənnəsi də ucuzlaşmaqdadır. Hal-hazırda dünya birjalarında keçən həftənin orta səviyyəsi ətrafında təklif edilən funtun qiyməti, 1.29$-ın altında qaldıqca, 1.2670$-a kimi də ucuzlaşa bilər.
İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi iqtisadi və siyasi riskləri artıran ən önəmli amildir. Bu səbəbdən sözügedən mövzu ətrafında açıqlamalar diqqət mərkəzində saxlanılmalıdır.
TRY
Türkiyə maliyyə bazarlarında isə dolların ucuzlaşması dinamikasının zəiflədiyi müşahidə edilir. Bu, USD/TRY məzənnəsinin yenidən bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Beləliklə, 5.30TL-nin üzərində qalan məzənnə, 5.39TL-ni də yuxarı istiqamətdə qırarsa, bu proqnozların daha da güclənməsinə təsir edə bilər.
OIL
Avropanın Brent markalı neftinin qiyməti dəyər qazanmaq davam edir və artıq 63$ ətrafında təklif edilməkdədir. Qiymət 63$-ın üzərində qaldıqca, 66$-a kimi də dəyər qazana bilər. Bu həftənin cümə axşamı saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dünya bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 1% ucuzlaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1279$-ı (42.6 $/qram) da aşağı istiqamətdə qırarsa, 1274$-a (42.6 $/qram) kimi də dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 12 d. əvvəl
-
- 30 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























