“Günay Bank”ın 2018-dəki vəziyyəti məlum oldu - 3 DƏFƏDƏN ÇOX AZALIB
“Günay Bank” ASC 2018-ci ili 1 milyon 289.5 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 4 milyon 100 min manat xalis mənfəətlə bağlamışdı. İllik müqayisədə “Günay Bank”ın xalis mənfəəti 3,2 dəfə azalıb. Səbəb Bankın xərclərinin və ehtiyata ayırmasının artmasıdır.
GƏLİRİ VƏ XƏRCİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Günay Bank”ın cəmi gəlirləri 18 milyon 96 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 888 min manat, qeyri-faiz gəlirləri 9 milyon 208 min manat təşkil edib. Bank gəlirləri əldə etmək üçün 11 milyon 310 min manat faiz və qeyri faiz xərcləri çəkib.
2017-ci ildə "GunayBank”ın cəmi gəlirləri 15 milyon 417 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 915 min manat, qeyri-faiz gəlirləri 8 milyon 502 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 8 milyon 113 min manat təşkil etmişdi.
2017-ci ldə "GunayBank”ın əməliyyat mənfəəti 7 milyon 304 min manat ikən, 2018-ci ildə 6 milyon 787 min manata düşüb.
EHTİYATIN YARADILMASINA DAHA ÇOX AYIRIB
"GunayBank” 7 milyon 304 min manat əməliyyat mənfəətinin 5 milyon 498 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bank 2017-ci ildə ehtiyata 3 milyon 204 min manat ayırmışdı. "GunayBank”ın ehtiyata ayırmanı artırması aktivləri üzrə risklərin artdığına işarədir.
2017-ci ilin sonu ilə müqayisədə ötən il "Günay Bank"ın müştərilərə verdiyi kreditlər 4,7% artaraq 146 milyon 111 min manat təşkil edib.
İllik müqayisədə Bankın depozit portfeli 18% azalaraq 70 milyon 461 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
24 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
36 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
46 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























