“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük”
“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük. Bu məqsədə də nail olduq”.
Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundov qeyd edib ki, bu il şirkət istehsal gücünü 3 dəfə artıracaq: “Əslində ötən il avtomobilləri 4 aya istehsal etmişik. Çünki ondan qabaq bizdə təlimlər, istehsal prosesində audit yoxlamalar keçirilirdi. Son 4 ayda isə 1000 avtomobil istehsalını həyata keçirdik. Bu il üçün isə 3000 avtomobil istehsal etməyi düşünürük”.
Şirkət rəhbərinin sözlərinə görə, bu il istehsal ediləcək avtomobillər üçün dövlət sifarişinin olacağı gözlənilir: “Ötən il istehsal edilən 1000 avtomobilin 95%-i satılıb. Satışın 40%-i dövlət qurumlarının payına düşüb. Bu il üçün sifarişlərin olmasını gözləyirik. Amma rəqəmlər göstərir ki, vətəndaşların da avtomobillərimizə böyük marağı var”.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili istehsal edilib. Ötən il bildirilmişdi ki, Neftçala Avtomobil Zavodunda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Azərbaycandakı 2 avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnoza əməl edə bilməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


















