Sahibkar hansı vergiləri verməlidir? - I hissə
Fiziki şəxs və hüquqi şəxs qanunvericilikdə necə tənzimlənir?
Mülki Məcəllənin 24 müddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Vergi Məcəlləsinin 13.2.3 maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs sayılır.
Mülki Məcəllənin 43 maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi Məcəlləsinin 13.2.2. maddəsinəəsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
Sahibkarlıq neçə formada olur, onların meyarlar bölgüsü necə tənzimlənir?
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən sahibkarlıq 4 hissəyə bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.
Sahibkarlıq subyektləri ölçüsünə görə, işçilərinin orta siyahı sayı sayına görə, illik gəlirlərinə görə bir-birindən fərqlənirlər.
Mikro sahibkarlıq - işçi sayı 1-10 nəfər - illik gəliri 200 000 manatadək
Kiçik sahibkarlıq - işçi sayı 11-50 nəfər - illik gəliri 200 000 – 3 000 000 manatadək
Orta sahibkarlıq - işçi sayı 51 – 250 nəfər – illik gəliri 3 000 000 - 30 000 000 manatadək
İri sahibkarlıq – işçi sayı 251 nəfərdən çox – illik gəliri 30 000 000 manatdan çox olan subyektlərdir.
İllik gəlirə nə aiddir?
İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Meyar göstəriciləri daha yüksək olan nə deməkdir?
Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Misal: A mikro sahibkarın 2019-cu ildə gəliri 3 000 000 amma işçi sayı 5 nəfər olub. Baxmayaraq ki, işçi sayı mikro sahibkarlığa aiddir, illik gəliri yüksək olduğundan növbəti ildən yəni 2020-ci ildən orta sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.
A orta saibkarın 2019-cu ildə gəliri 20 000 000 manat olub, işçi sayı 300 nəfər olub. Baxmayaraq ki, gəlirinə görə orta sahibkarlıq subyektinə aiddir, işçi sayı yüksək olduğundan 2020-ci ildən iri sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.
Yeni yaradılan sahibkarlıq subyektləri sahibakarlığın hansı kateqoriyasını aid olunması necə müəyyənləşdirilir?
Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
Misal: A şəxs 2019-cu ildə VÖEN alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. İllik gəliri 3 000 000 manatdır, amma işçilərin sayı 10 nəfərdir. Baxmayaraq ki, orta sahibkarlıq kateqoriyasına düşür, işçi sayı mikro sahibkarlıq kateqoriyasına düşdüyündən 2020-ci ildə mikrosahibkarlıq subyeki kimi fəaliyyət göstərəcək. Amma növbəti illərdə yəni 2021-ci il və s. ən yüksəyi nəzərə alınacaq. Gəliri çoxdursa gəliri, işçi sayı çoxdursa işçi sayı nəzərə alınaraq ketoqoriyası müəyyənləşəcək.
© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
14 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 11 saat sonra
-
-
2 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
2 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
3 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
3 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
4 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















