"Durğunluq riski görmürəm"
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Davos Zirvəsində "Bloomberg International"a danışıb.
"Marja" xəbər verir ki, Laqard, qlobal artım proqnozlarını aşağı saldıqlarını, ancaq durğunluq riski görmədiklərini, ticarət "müharibələri" və "Brexit"in ən mühüm risklər olduğunu bildirib. Laqard deyib:
"Məndən bir durğunluq riski görüb görmədiyimi soruşanız sizə cavabım "yox" olacaqdır. Biz üfüqdə gördüyümüz risklərə Oktyabrda olandan daha yaxın nöqtədəyik. Elə bu səbəbdən də iqtisadi artım proqnozumuzu aşağı salmışıq. Əgər bu risklər baş verərsə, o zaman tamamilə fərqli bir hekayə yaranacaqdır.
Məndən ən mühüm risklərin hansılar olduğunu soruşdunuz; Əgər həll olunmasa ticarət müharibələri və "Brexit" qeyri-müəyyənlikləridir. Çünki necə həll olunacaq, hansı proses daxilində həll ediləcək, ya da çıxış baş verdikdən sonra necə olacaq bilmirik. "Brexit"dən İngiltərə daha çox, Avropa Birliyi az təsir görəcək. Maliyyə sektoru nəzərə alınmasa, sistemli bir risk yarada bilər. Ticarət gərginlikləri artmağa davam etsə Çinin iqtisadi inkişafının ləngiməsində artım görə bilərik.
Diqqətinizi bir şeyə yönəltmək istəyirəm. Ümumi qlobal artım proqnozumuzu aşağı salmağımıza baxmayaraq, iki ölkənin iqtisadi artım proqnozlarını azaltmamışıq. Bunlar; ABŞ və Çindir. ABŞ-da vergi islahatı aparıldı. Bu da iqtisadi inkişafa kömək oldu. Yeni məşğulluq yaranmasını təmin etdi. Çinə baxanda da son bir neçə ayda atılan təşviq addımlarının çox yaxşı qarşılandığını deyə bilərəm. Çin indiyədək ticarət müharibəsinin mənfi təsirlərinə qarşı dura bildi, eyni zamanda kredit azalmasını da dayandıra bildi və ümid edirik ki, bu şəkildə də davam edəcəkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)







