Rabitəbank 2018-ci ili 3 milyon mənfəət ilə başa vurdu
(®) Bank 2018-ci ili 3,1 mln manat mənfəət və 772 mln manat aktiv həçmləri ilə tamamlamışdır.
Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat, məcmu kapitalı isə 12% artaraq, 102 mln manat təşkil etmişdir. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 15% artaraq 47 mln manat, xərcləri isə 44 mln manat təşkil etmişdir.
Bank həmçinin, 2018-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 23%, istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artmışdı. 2018-ci ildə sürətli pul köçürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artmışdı.
Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etmişdir. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçmişdir. Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi Telegram və Facebook Messenger üzərindən chatbot-u istifadəyə vermiş və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim etmişdir.
2018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin istifadəsinə verilmişdir. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülmüşdür. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılmışdır.
İldən-ilə inkişaf edən və ictimaiyyət arasında inamlı banklardan birinə çevirilən Rabitəbank, 2019-cu il üçün yeni məhsul və xidmətlərini öz müştərilərinə təqdim etməyə hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























