"Metropoliten reklamların monitorinqi müraciətimizi qəbul etmədi" - MÜSAHİBƏ
“Smart Outdoor” şirkətinin rəhbəri Rahim Davudovun müsahibəsi
- Rahim bəy, artıq küçə reklamlarının monitorinqi ilə məşğul olan platformanız fəaliyyətə başlamışdır. Rahim bəy, vəziyyət nə yerdədir? Xidmətlərinizdən istifadə edən şirkətlər varmı?
- Sizin vurğuladığınız kimi biz oktyabr ayında kütləvi informasiya vasitələrində bu haqda məlumatı paylaşdıq. Məlumatdan sonra bir çox böyük şirkətlər özləri bizimlə əlaqə saxladı. Mütəmadi görüşlər keçirdik. İlin sonuna 20-dən çox şirkətlə razılıq əldə etdik. Artıq bir çox şirkətlə müqavilələr imzalanıb. Bu ilin sonuna qədər müştəri bazasını kifayət qədər artırmaq planımız var.
- İstəsəniz, platforma haqqında məlumatı olmayan izləyicilərimizə “Smart Outdoor”un işləmə mexanizmindən danışaq.
- “Smart Outdoor” sistemi çöl reklamlarının monitorinq xidmətidir. Platformanın köməyilə siz rəqiblərin outdoor reklam strategiyasını analiz edə bilər, vizual olaraq bütün çöl reklamlarını monitorinq edə bilər və öz reklam strategiyanızı planlaya bilərsiniz.
Smart Outdoor platforması ilə siz kateqoriya üzrə brendlərin həm konstruksiya sayı və növünə görə, həm də büdcəsinə görə analiz edə biləcəksiniz. Boş yerlərə, rəqiblərin reklam konstruksiya sayına, büdcəsinə və geniş kateqoriya analizinə əsaslanaraq daha rahat outdoor reklam planlamasını apara biləcəksiniz.
“Smart Outdoor” platformasından istifadə edərək, konkret lokasiyalarda konstruksiya növünü seçə bilər, həmin yerin vizual olaraq monitorinqini apara bilərsiniz.
- Platformanın hazırlanması ideyası necə yarandı?
- Sizin sualınıza daha ətraflı cavablandırmaq istərdim. Mən 2005-ci ildən reklam, araşdırmalar, marketinq sahəsində çalışıram. Bizim agentliyə mütəmadi olaraq açıq havada olan konstruksiyalar reklam yerləşdirilməsi barədə müraciətlər olunurdu. Bu sahədə ən böyük çətinlik isə yaxınlıqda rəqiblərin olub olmaması, misal olaraq scroller tipli konstruksiyalarda neçə reklam üzünün mövcud olması, digər üzlərində hansı müştərilərin olması haqqında suallar yaranırdı. Bu səbəbdən belə bir platformaya ciddi ehtiyac duyurduq.
İlk dəfə olaraq 2015, 2016-cı ildə Mobil rabitə sektoru ilə bütün Azərbaycan üzrə küçə reklamlarının monitorinqi layihəsini həyata keçirdik. Daha sonra isə aylıq xidmət göstərməyə başladıq. Görüşlər zamanı layihəni izah edəndə digər şirkətlərin marketinq əməkdaşlarının da xoşuna gəldiyini gördük. Müraciətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ildən yeni “Smart Outdoor” layihəsini başlamaq qərarına gəldik. Hər bir müştəriyə xüsusi yanaşırıq. Bu səbəbdən müştərilərin istəyinə, əsasən yeni platformalar hazırlaya bilirik.
Nəzərinizə çatdırmaq istərdim ki, Prezident cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yaradılması bizi daha da həvəsləndirdi.
- Əldə etdiyimiz məlumata görə, Bakı Metropoliteni” QSC ilə də metronun daxilində olan reklamların da monitorinqinin aparılması üçün quruma müraciət etmisiniz. Dövlət qurumunun sizin bu təklifinizə reaksiyası necə oldu?
- 2018-ci ilin sonunda “Bakı Metropoliteni”nə müraciət etdik. Həmin dövr üçün platforma təsdiq edilmədi. Növbəti il yenidən müraciət edilməsi bildirildi. Bu sahədə də işlər aparılır. Ayın sonuna yenidən müraciət etməyi planlaşdırmışıq.
- Bazarda küçə reklamlarının monitorinqi xidmətini təklif edən yeganə şirkətsiniz. Rəqibləriniz olduğu təqdirdə, xidmət fəaliyyətinin artırılması istiqamətində hansı dəyişikliklərin aparılması nəzərdə tutulub?
- Nəzərinizə çatdırım ki, bir çox sorğu şirkətləti var. Mütəmadi olaraq onlarda küçə reklamları bazarını araşdırır. Biz sadəcə olaraq bu sahəni daha da təkmilləşdirərək aylıq olaraq küçə reklamlarının monitorinqini aparırıq. “Smartoutdoor”-un saytına daxil olaraq reklamların demo versiyası ilə ətraflı tanış ola bilərsiniz.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
® Facemark
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)













