1200-dən çox dövlət əmlakı satılıb, büdcəyə 101 milyon manat köçürülüb
Özəlləşdirmə ilə bağlı keçirilmiş elektron hərraclar vasitəsilə 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
"Marja" xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş müşavirədə bildirilib.
Özəlləşdirmənin tam elektronlaşması və şəffaflığın təmin edilməsi məqsədilə ölkəmizdə innovativ layihələrindən biri olan elektron hərracların tətbiqi, hərracları onlayn izləmə imkanları yaradılıb. İndiyədək 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilibdir. Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Özəlləşmə ilə bağlı bütün informasiyaları ictimaiyyətə və işgüzar dairələrə çatdıran Özəlləşmə portalına indiyədək baxış sayı 2 milyonu ötüb. Hər il olduğu kimi 2019-cu il üçün də “Özəlləşdirmə gündəliyi” portala yerləşdirilib. Bu sahənin geniş təbliği ilə bağlı regionlarda İşgüzar Forumlar da keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























