Palata bank sektorunun göstəricilərini açıqladı - AKTİVLƏR VƏ KAPİTAL AZALIB
31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 430.6 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, sektorun balans kapitalı 4 milyard 71.8 milyon manat olub.
2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1% (324.8 milyon manat), öhdəlikləri 0.6% (149.2 milyon manat), balans kapitalı isə 4.1% (175.6 milyon manat) azalıb.
Dekabr ayında bankların kredit portfeli 3.7% (456.2 milyon manat) artaraq 12 milyard 628.3 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4% (1 milyard 290.7 milyon manat) artıb.
Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 milyon manat) artaraq 8 milyard 269.7 milyon manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 milyon manat) artım olub.
2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694.6 milyon manat əməliyyat mənfəəti, 279.4 milyon manat məbləğində xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2,502 olub. Bank sektorunun işçi heyətinin artım trendi dekabr ayında da davam edib. Belə ki, dekabrda işçi sayı 0.5% (94 nəfər) artaraq 17 415 nəfər təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunda çalışanların sayı 7.7% (1 244 nəfər) artıb.
31 dekabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























