“Expressbank” 2018-də bazardakı mövqeyini daha da gücləndirib
(®) “Expressbank” ASC 2018 – ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Expressbank”ın yaydığı məlumata görə, Bankın aktivlərinin illik həcmi 26% artaraq 395,2 mln. manat həcmində olub. Hesabata əsasən, mövcud bazarda bankın kredit və depozit sahələrində payı artmışdır.
Son bir il ərzində banka yeni müştəri cəlbinin və loyal müştərilərin çoxalması kredit portfelində 33% artıma səbəb olub, nəticədə bankın bu seqmentdə bazar payının artımı 27% təşkil edib.
Expressbank–ın müştərilərə təqdim etdiyi geniş maliyyə xidmətlərindən olan kiçik və orta biznesin inkişafı təyinatlı kreditlərin verilişi 2017 – ci il ilə müqayisədə 93% artaraq 51 mln. manat təşkil etmişdir. Mikro kredit portfeli üzrə 2.5 dəfə, ipoteka portfeli üzrə isə 85% artım müşahidə olunmuşdur.
Maliyyə dayanıqlılığının yüksək olması, əmanətçilərin sayının artmasına imkan yaratmışdır. Nəticədə fiziki şəxslər üzrə depozit portfeli 25%, müştərilərin cari hesabları üzrə qalıq 99% artmışdır.
Expressbank-ın digər sahələrin inkişafı istiqamətindəki fəaliyyəti nəticəsində fiziki şəxs müştərilərinin sayı 23%, hüquqi şəxs müştərilərinin sayı 42%, plastik kartların sayı 37%, nağdsız əməliyyatlar üzrə dövriyyəsi isə 2 dəfədən çox artmışdır. Bununla bərabər bank müştərilərinə müxtəlif çeşiddə yeni bank məhsulları və həlləri təqdim etmişdir. Bunlardan Qızıldan kart, Damla əmanəti, Depozit qutuları, ExpressClub və ExpressPay mobil əlavələri xüsusi ilə vurğulana bilər.
Nağdsız ödənişlərin inkişafı istiqamətindəki fəaliyyətinə və əldə etdiyi nəticələrə görə 2018-ci il ərzində Expressbank müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülmüşdür:
-Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən: Təmassız POS-terminallar infrastrukturu üzrə lider bank – II yer; Təmassız ödəniş kartları üzrə lider bank – II yer; Nağdsız ödənişlər üzrə lider bank – III yer;
-MasterCard ödəniş sisteminin MasterCard Platinum, Black Edition, World Elite kartlarının say miqdarını ən çox artıran bank – I yer;
-Azərbaycan Banklar Assosiasiyası – İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü və Korporativ sosial məsuliyyət sahəsində gördüyü işlər üzrə təltif edilib.
2018 – ci ilin yekunu üzrə bankın kapitalı 117 mln. manat təşkil etmişdir. Hazırda kapital adekvatlığı göstəricisinə görə Expressbank ölkədə fəaliyyət göstərən banklar arasında ön sıralarda yer almaqdadır.
2018 – ci ildə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin kredit reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticə hesab olunur.
Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 1000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
12 d. əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
-
19 d. əvvəl
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
28 d. əvvəl
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
-
1 saat əvvəl
Azərbaycan gələn il neft-qaz sektorunda azalmanın dayanacağını proqnozlaşdırır
-
1 saat əvvəl
İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
Ən çox oxunanlar
Mayın 16-da gözlənilən hava şəraiti
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb













.jpg)







