2018-də “Bank Respublika”nın xalis faiz mənfəəti 25 milyon manat olub
(®) Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.Hesabata əsasən, Bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib.
Hesabata əsasən, bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelindəisə 50% artım qeydə alınmışdır, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşmüşdür.
Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.
“2018-ci il bank üçün çox uğurlu olub, bunu biznesin bütün sahələri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bu il biz kredit portfelinin sağlamlaşdırılmasıüzrə işləri və bankın yeni biznes strategiyasına uyğun olaraq struktur dəyişikliklərini yekunlaşdırdıq. Bu nəticənin əldə olunmasında bizimlə əməkdaşlıq edən və öz töhfəsini verən bütün müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik! Ötən il əldə etdiyimiz uğurlar bizə gələcəyə inamla baxmağa və 2019-cu il üçün daha iddialı planlar qurmağa imkan verir” – deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























